DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Profilaktiki tədbirlər nəticə verir

16.01.2018

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər öz nəticəsini verir.

Ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Belə ki, yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

16.01.2018 tarixinə olan kriminal məlumatlar