16 reklam lövhəsini sökərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev saxlanılmışlar
15.01.2018Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Quzanlı qəsəbəsində yerləşən 4 avtobus dayanacağından 16 reklam lövhəsini sökərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev saxlanılmışlar. Onlar izahatlarında Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonlarının ərazisindəki avtobus dayanacaqlarının da hissələrini sökərək oğurlamalarını etiraf etmişlər.
Araşdırma aparılır.