DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Tural Tahirov tutulmuşdur

10.01.2018

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində  1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulmuşdur.