Gün ərzində 128 cinayət faktı qeydə alınıb
09.01.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.