DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Noyabrın 14-də paytaxtın Z.Bünyadov prospektində idarə etdiyi avtomobillə Bakı şəhər sakini M.Hüseynovanı vuran sürücü saxlanılaraq istintaqa təhvil verilib

16.11.2017

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.