DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Astara rayonunun Ərçivan qəsəbəsində yol-nəqliyyat hadisəsi

12.11.2017

Noyabrın 12-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsində rayon sakini Təbriz Sadıxovun idarə etdiyi “Ford” və  Lənkəran rayon sakini Elgün Rzayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub, “Ford” markalı nəqliyyat vasitəsi aşaraq qəsəbə sakini Radiq Feyziyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə E.Rzayev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən T.Sadıxovun vəziyyəti ağırdır.
Astara RPŞ tərəfindən araşdırma aparılır.