DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Nadirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2017

Oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S.Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.