DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Vasif Ağammədovu qətlə yetirməkdə şübhəli bilinən Xalid Əbdülməmmədov könüllü olaraq təslim olub

17.07.2017

İyulun 16-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindən Bakı şəhər sakini Vasif Ağammədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xalid Əbdülməmmədov könüllü olaraq Səbail Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.