DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2017

İyulun 16-da saat 22 radələrində Şəmkir şəhəri ərazisində Şiştəpə kənd sakini Bəhlul Nağıyevin idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Şahrux İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə B.Nağıyev və sərnişinlərindən həmkəndlisi Arifə Rüstəmova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.