DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən İsmayıllı rayon sakinləri Xəyal Ziriyev və Mail Fərzəliyev tutulublar

25.03.2017

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 28-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Xəyal Ziriyev və Mail Fərzəliyev tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin yanvar-fevral aylarında rayon ərazisində daha 2 evin həyətyanı sahəsindən 2 baş inək oğurlamaları da müəyyən edilib.