DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi

22.03.2017

Martın 22-də saat 17 radələrində Cəlilabad rayonunun Alar kəndində rayon sakini Salam Həsənovun idarə etdiyi "Chevrolet" və Masallı rayon sakini Pərviz Xəlilovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə P.Xəlilov və sərnişinlərindən qohumu Səbinə Xəlilova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə S.Həsənov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.