DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 95 cinayət faktı qeydə alınıb

19.03.2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər tutulub.

19.03.2017 tarixinə olan kriminal məlumatlar