Gün ərzində 71 cinayət faktı qeydə alınıb
25.02.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.