DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış Bərdə rayon sakini Nicat Məmmədzadə qəza nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir

20.02.2017

Fevralın 20-də saat 13 radələrində Bərdə şəhərində şəhər sakini Fəxrəddin İbrahimovun "VAZ-21074" markalı avtomobili qaçırılıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili rayon sakini Nicat Məmmədzadənin qaçırması, idarə edərkən onu ağaca vurması və nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

RPŞ tərəfindən araşdırma aparılır. 

20.02.2017 tarixinə olan kriminal məlumatlar