Bakı şəhər sakini X.Sərdarovanın çantasından pul oğurlamaqda şübhəli bilinən R.Əmrullayev tutulub
15.01.2017Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Xatirə Sərdarovanın çantasından 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rəhman Əmrullayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 paytaxt sakininin cibindən 80 manat pul və sənəd oğurlaması müəyyən edilib.