DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq və oğurluqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub

13.01.2017

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.