DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Kompyuter salonundan oyun aparatı oğurlamış paytaxt sakini Ayaz Məhərrəmov tutulmuşdur

29.02.2016

Nərimanov RPİ 18-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompyuter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 nəfərə məxsus kompyuter salonlarından oyun aparatı və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.