Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluq etməkdə şübhəli bilnən Abşeron rayon sakini Bəhruz Abdullayev tutulub
18 yanvar 2017

Ötən ilin iyun ayında Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Elnur Rzayevə məxsus mağazadan 300 manat dəyərində mis boru oğurlanıb.
Abşeron RPİ əməkdaşları tərəfindən hadisənin orada təmir işləri aparan həmyerlisi Bəhruz Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abdullayev tutulub.

Oğurluq etməkdə şübhəli bilnən Gəncə şəhər sakini Tural Rüstəmov tutulub
18 yanvar 2017

Oğurluq etdiyinə görə yanvarın 15-də tutulan Rəhim Əhmədovun və Pərvin Cəfərovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər sakini Tural Rüstəmovla birgə 3 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rüstəmov tutulub.

Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini Niyaməddin Abışov tutulub
18 yanvar 2017

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə şəhər sakini Cəsarət Əhmədova məxsus tikintisi başa çatmamış evdən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən həmyerlisi Niyaməddin Abışov tutulub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün daha 2 tikintisi başa çatmamış evdən inşaat materialları oğurlaması da müəyyən edilib.

Cəlilabad rayonunun Kazımabad kənd sakini Zaur Abdullayev tüfəngi könüllü olaraq təhvil verib
18 yanvar 2017

Cəlilabad rayonunun Kazımabad kənd sakini Zaur Abdullayev nömrəsi silinmiş "TOZ-16" markalı tüfəngi könüllü olaraq RPŞ-yə təhvil verib.

Astara rayonunun Kijəbə qəsəbəsində yol-nəqliyyat hadisəsi
18 yanvar 2017

Yanvarın 17-də saat 20 radələrində Astara rayonunun Kijəbə qəsəbəsində rayon sakini Bəylər İbrahimov idarə etdiyi "VAZ-21011" markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Yusif Məmmədov orada ölüb.
Astara RPŞ tərəfindən araşdırma aparılır.

Bakı şəhər sakini Eldar Əhmədov dəm qazından zəhərlənərək ölüb
18 yanvar 2017

Yanvarın 18-də Xətai rayonu ərazisində yaşayan Bakı şəhər sakini Eldar Əhmədov dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.

Cəlilabad şəhərində şəhər sakini, 8 yaşlı Vəli Şabıyev ehtiyatsızlıqdan kanala düşərək boğulub
18 yanvar 2017

Yanvarın 18-də Cəlilabad şəhərində şəhər sakini, 8 yaşlı Vəli Şabıyev ehtiyatsızlıqdan kanala düşərək boğulub.
Araşdırma aparılır.

Gün ərzində 80 cinayət faktı qeydə alınmışdır
17 yanvar 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınmış, onların da 35-i “isti izlər”lə açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər tutulmuşdur.

Bilgəh qəsəbə sakini Xaləddin Əliyevdən 8,006 kq marixuana götürülüb
17 yanvar 2017

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 8 kiloqram marixuana aşkar edilərək götürülüb.

Mingəçevir şəhər sakini Eldəniz Əliyevdən tapança və 2 ədəd patron götürülüb
17 yanvar 2017

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevdən "Makarov" markalı tapança və 2 ədəd patron götürülüb.