Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində 71 cinayət faktı qeydə alınıb
25 fevral 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

Oğurluqda şübhəli bilinən Bərdə şəhər sakini Mahur Məmmədov tututlub
25 fevral 2017

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 25-də İmamzadə qəbiristanlığındakı 2 qəbirin ətarfındakı hasarın alüminium hissəsini sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Mahur Məmmədov tututlub.

Lənkəran rayon sakini Rəşad Cavadovdan tapança, 1 ədəd patron darağı və 2 ədəd patron götürülüb
25 fevral 2017

Səbail RPİ-nin əməkdaşları tərəfindən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Cavadovdan "Borchardt-Luger" markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron götürülüb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zafit Nadirov tutulub
25 fevral 2017

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il noyabrın 4-də rayon ərazisindəki evlərdən birindən 100 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zafit Nadirov tutulub.

Oğurluqda şübhəli bilinən paytaxt sakini Mobil Həsənov tutulub
25 fevral 2017

Yanvarın 27-də Bakı şəhər sakini Arif Əlibayramovun avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mobil Həsənov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov tutulub
25 fevral 2017

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də rayon ərazisindəki evlərdən birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov tutulub.

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Daşdəmirovun digər cinayət əməli də müəyyən edilib
25 fevral 2017

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Daşdəmirovun ətrafında Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin yanvar ayında şəhər sakini olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 21.000 manat pul alması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Səbuhi Əliyevin və Xalid Tağıyevin digər cinayət əməlləri də müəyyən edilib
25 fevral 2017

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Səbuhi Əliyevin və Xalid Tağıyevin ətraflarında Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların cari ilin yanvar ayında daha 5 rayon sakininə məxsus torpaq sahələrindən ümumilikdə 177 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Səbuhi Əliyevin və Xalid Tağıyevin digər cinayət əməlləri də müəyyən edilib
25 fevral 2017

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Səbuhi Əliyevin və Xalid Tağıyevin ətraflarında Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların cari ilin yanvar ayında daha 5 rayon sakininə məxsus torpaq sahələrindən ümumilikdə 177 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.

Yevlax rayonunun Xaldan kəndində yol-nəqliyyat hadisəsi
25 fevral 2017

Fevralın 25-nə keçən gecə Yevlax rayonunun Xaldan kəndində Mingəçevir şəhər sakini Rüfət Ömərovun idarə etdiyi "Toyota" və Ağdaş rayon sakini Eldar Mustafayevin idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və R.Ömərovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Gülşən İsmayılova orada ölüb. 
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.