Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevral ayının 6-da və 7-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 4-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Terrorçu qruplaşma zərərsizləşdirilmişdir
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən 2025-ci il fevral ayının 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib.