Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
The Ministry of Internal Affairs
Main Police Department of Baku city
Main Traffic Police Department
Recreation and Healthy Center - KHAZRI
Main Department of Internal Troops
Main Passport, Registration and Migration Department
Police Academy
MIA Hospital named after Arif Heydarov
Department in Charge for Personnel
"Mubariz keshikde" newspaper
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bıçaqçı kəndi ərazisindən “Aztelecom” MMC-nin Zərdab Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 455 metr rabitə naqilini oğurlamaqda şübhəli bilinən kənd sakini X.Həsənov saxlanılmışdır. Araşdırma aparılır.
02.12.2021
Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dekabrın 2-də Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsindəki mənzillərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Osmanova məxsus içərisində pul, bank kartı və sənədləri olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini B.Bağırov saxlanılmışdır.
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə noyabr ayının 28-də rayon ərazisindəki anbarlardan 2936 manat dəyərində təmir-tikinti alətləri və inşaat materiallarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olmuşdur.
“QAZ-3110” markalı avtomobili qaçırmaqda və 2 ədəd yan güzgüsünü, 4 ədəd səsgücləndiricisini və içərisində pul olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sulutəpə qəsəbə sakini E.Hüseynov saxlanılmışdır.
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 30-da saat 23 radələrində 28 May qəsəbəsi ərazisində bir neçə nəfərin Goranboy rayon sakini V.İsmayılovu döyərək 150 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.
Ağdam rayon sakini N.Bəhrəmov saxlanılmışdır.
Paytaxt sakini R.Rzayevanın içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynova müəyyən edilərək saxlanılmışdır.
Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır.