Nazirliyə Azərbaycan Respublikasının daxili işlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının daxili işlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.
Kollegiyanın sədri tutduğu vəzifəyə görə daxili işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2020-cil il 9 dekabr 2338 nömrəli Sərəncamı ilə "Zəfər" ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Ailəlidir. Üç övladı var.
1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olmuşdur.
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.
1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1983-1989-cu illərdə Nərimanov rayon Daxili İşlər Şöbəsində və Bakı şəhər Daxili İşlər İdarəsinin Qərargahında inspektor, 1990-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.
1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, 2013-cü ildə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2014-cü il 1 iyul tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. İki övladı var.
20.09.1978-ci il tarixdə Şərur rayonunun Xok kəndində anadan olmuşdur.
2000-ci il tarixdə Ali Diplomatiya Kollecini, 2012-ci il tarixdə isə Naxçıvan Dövlət Universitetini bitirmişdir.
2000-2001-ci il tarixlərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
Culfa rayon Prokurorluğunun stajor-müstəntiqi, Culfa rayon Prokurorluğunun müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun böyük köməkçisi (Təşkilat-analtik məsələlər üzrə), Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifələrində xidmət etmişdir.
25.01.2021-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25.01.2021-ci tarixli 83-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07.02.2022-ci il tarixli 106-Vl FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.02.2021-ci il tarixli Ə268ş/h-001-21 nömrəli əmri ilə polis polkovniki xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, üç övladı var.
1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Hümbətov İslam Mövsüm oğlu
1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olmuşdur. 1989-cu ildə Barnaul Xüsusi Orta Milis Məktəbini, 1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.
DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləmişdir.
2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2021-ci il tarixli 2732 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.