Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oğurluqda şübhəli bilinən Sulutəpə qəsəbə sakini E.Hüseynov saxlanılmışdır
02.12.2021
Quldurluq etməkdə şübhəli bilinən Sulutəpə qəsəbə sakinləri N.İbrahimov, A.Ağayev, S.Həşimov, O.Rüstəmli, H.Bəhramov, N.Yunuslu və S.Mirzəyev müəyyən edilərək saxlanılmışlar
6 baş qoyun oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri K.İsmayılov, H.Xıdırov və A.Salehov müəyyən edilərək saxlanılmışlar
Органами внутренних дел республики по «горячим следам» раскрыто 51 преступлений, совершенных в течение последних суток.
Dekabrın 2-də saat 7 radələrində Səbail rayonu Salyan yolu küçəsində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən paytaxt sakini Məzahir Əliyevi vurmuş və piyada yolun əks istiqamətində hərəkətdə olan N.Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşmüşdür.
Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Züngüləş kənd sakini A.İmaməliyevin həyətyanı sahəsinə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindfən Sovla kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri X.Nəsirov, T.Fərzəliyev, E.Hüseynov və C.Usubov saxlanılmışlar.
Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini M.Əzizovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 2-də saat 4 radələrində Horadiz şəhəri ərazisindəki stasionar postda Kürdmahmudlu kənd sakini A.Mehdiyevin idarə etdiyi “QAZel” markalı avtomobili nəzarət qaydasında saxlamışlar. Avtomobilin yük yerinə baxış zamanı oradan yük avtomobillərinə aid 13 ədəd təzə təkər və 2 ədəd çadır aşkar edilmişdir.
Dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülmüşdür.