Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təzəkənd kənd sakini D.İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
01.12.2021
Salyan şəhər sakini S.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Şəki ŞRPŞ-yə noyabrın 30-da saat 12 radələrində S.Mümtaz küçəsindən şəhər sakini P.Abbaslıya məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini T.İbrahimov saxlanılmışdır.
Salyan RPŞ-yə noyabrın 28-də saat 4 radələrində Qarabağlı kəndi ərazisindəki mağazaların birindən 500 manat pul və 2000 manat dəyərində tütün məmulatının oğurlanması barədə məlumat daxil olmuşdur.
Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də “Gənclik” stansiyasında Bakı şəhər sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olmuşdur.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Rəcəbovun yaşadığı Şüvəlan qəsəbəsindəki evinə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 15 ədəd patron və patron darağı aşkar edilərək götürülmüşdür.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 20-də Göygöl rayon sakini N.Ələkbərovanın çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Qasımov saxlanılmışdır.
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Mürşüdovanın evinə baxış zamanı oradan 12 qrama yaxın heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Dekabrın 1-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini A.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Şəhriyar Cəfərovu vurmuşdur.