Axtarış

Virtual Karabakh Justice for khojaly

2020-ci ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat


2020-ci ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində tövsiyə və tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunmuş, o cümlədən təhsil ocaqlarının, xüsusilə ali, orta ixtisas və tam orta ümumtəhsil məktəblərinin fəaliyyəti dayandırılmışdır.

Tətbiq olunmuş izolyasiya tədbirlərindən əvvəl və sonra yəni 2020-ci ilin rübü ərzində İctimai Şura üzvləri ilə birgə təhsil ocaqlarının, xüsusilə ali, orta ixtisas və tam orta ümumtəhsil məktəblərinin tələbə və şagirdləri arasında uşaq və gənclərin qanunazidd əməllərdən qorunması, hüquqpozmalarının profilaktikası və hüquqi-maarifləndirmə mövzularında keçirilmiş görüş, yığıncaq, konfrans və dəyirmi masa tədbirlərində milli-mənəvi dəyərlərə, qanunlara  və etik normalara riayət olunması, cəmiyyətin və dövlətin maraqlarına  zidd təzahürlərlə mübarizədə fəal vətəndaş mövqeyi nümayiş etdirilməsi məsələləri geniş müzakirə və təbliğat predmeti olmuş, ictimai və fərdlərarası münasibətlərdə, habelə ailə və məişətdə tolerantlığın əhəmiyyətindən danışılmışdır.

"Narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi", "Narkomanlıq bəşəriyyətin mühüm problemi kimi", "Narkotiklərdən istifadənin hüquqi və sosial-mənəvi nəticələri", "Narkotiklər haqqında nə bilirik", "Narkomanlığın erkən təzahür formaları", "Erkən nikahların hüquqi məsuliyyəti və sosial-psixoloji aspektləri", "Ailə dəyərləri və qanunvericilik", "Ailə dövlətin xüsusi himayəsindədir", "Erkən nikahlar insan hüquqlarının pozulmasıdır", "Erkən nikah zorakılığın bir növü kimi", "Erkən nikahların profilaktikasında maarifləndirmənin rolu" və s. mövzularda 350-ə yaxın toplantı, çıxış, sual-cavab viktorinaları, diskussiya və dialoqlar keçirilmiş, məruzələr dinlənilmişdir. Respublika və yerli səhiyyə qurumlarının 20 narkoloq həkimlərinin, habelə təhsil orqanlarının 50 psixoloqunun iştirakı ilə keçirilən tədbirlərdə 7 mindən artıq yuxarı sinif şagirdləri və onların qanuni nümayəndələri cəlb olunmuş, maraqlı fikir mübadiləsi aparılmış, tərəflərin sualları cavablandırılmışdır.

2020-ci ilin fevralın 13-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Dini məzhəbçilik meyllərinin dini təhlükəsizliyə təsiri" mövzusunda görüş keçirilmişdir.
Tədbirdə hüquq mühafizə orqanlarının aidiyyəti əməkdaşları ilə birgə ümumilikdə 300-dən artıq ictimaiyyət nümayəndəsi iştirak etmişdir.
Koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində əhali arasında aparılan maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından geniş istifadə olunmuşdur.

                                                             Baş İctimai Təhlükəsizlik İdarəsi