Axtarış

Virtual Karabakh Justice for khojaly

2018-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat


2018-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə təlim-tərbiyə ocaqlarında 85 minə yaxın məktəblinin cəlb edildiyi 2000 görüş, müzakirə və yığıncaqlar keçirilmiş, “İnternet təhlükəsizliyi”, “Tütün məmulatlarının zərərli təsiri”, “Yol hərəkəti qaydaları”, “Avara və dilənçiliyin qarşısının alınmasında gənclərin fəaliyyətinin artırılması” və s. mövzularda çıxış və məruzələr edilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır. 

Eyni zamanda Dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində aparılan maarifləndirmə işləri davam etdirilmiş, İctimai Şura üzvləri ilə birgə Bakı şəhər Baş Polis, Nərimanov, Suraxanı idarələrində, respublikanın Gəncə, Cəlilabad, Sumqayıt, Lənkəran, Beyləqan, Qazax, Quba, Ağdaş, Ağsu, Oğuz şəhər, rayonlarında dövlət orqanlarının və 4000-dən çox ictimaiyyət nümayəndələrinin iştirakı ilə zonalar üzrə konfranslar keçirilmişdir.

Konfranslarda “Radikal dini cərəyanlar və onları fərqləndirən xüsusiyyətlər”, “Dini ekstremizmin yetkinlik yaşına çatmayanlar və gənclər arasında yayılmasının qarşısının alınmasında ailə və cəmiyyətin rolu və s. mövzularda məruzələr və çıxışlar edilmişdir.

                                                                                                                 
                                                                    Baş İctimai Təhlükəsizlik İdarəsi