Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili Qoşunların Ali Hərbi Məktəbinin 2018/2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elanı


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi öz qapılarını Vətənini, Dövlətini, Xalqını sevən gənclərin üzünə açaraq 2018-2019-cu tədris ili üçün tələbə qəbulu elan edir. 

Daxili Qoşunların Baş İdarəsində müəyyən edilmiş normativlər üzrə ilkin sınaqdan keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndəriləcək. 
İmtahanlar test üsulu ilə 4-cü qrup fənləri üzrə azərbaycan və rus dillərində keçiriləcək. Ali Hərbi Məktəbə qəbul olmuş abiturientlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin ediləcək. 

4 illik təhsil müddətində tədris Daxili Qoşunların peşəkar zabitləri tərəfindən azərbaycan dilində aparılacaq. Məzunlar leytenant rütbəsi alaraq Daxili Qoşunların hərbi hissələrində vəzifələrə təyin ediləcək. 
Qəbulun qaydaları və tələb olunan sənədlərin siyahısı haqqında ətraflı məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının rəsmi internet səhifəsindən ala bilərsiniz. 

Ərizə və sənədlərin qəbulu 2018-cı il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10-dan 17-dək həyata keçiriləcək. 

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.