Axtarış

Virtual Karabakh Justice for khojaly

Müraciətin baxılmamış saxlanılması


7.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:

7.1.1. bu Təlimatın 1.5-1.13-cü bəndlərinə uyğun olaraq müraciət edildikdə və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

7.1.2. müraciət bu Təlimatın 3.4-3.9-cu bəndlərində göstərilən tələblərə cavab vermədikdə;

7.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

7.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

7.1.5. bu Təlimatın 8.4-cü bəndində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

7.1.6. müraciət etmiş şəxs bu Təlimatın 6.1.2-ci bəndinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.

7.2. Bu Təlimatın 7.1-ci bəndində göstərilən hallarda müraciətə baxan daxili işlər orqanı müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə 5 iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.

7.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda, müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.