DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Zülfüqar Əmirov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şəhriyar Qasımov müraciətinə həssaslıqla yanaşılmasına, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Tamara Şahverdiyeva özünün və qızının tanımadığı şəxs tərəfindən hədə-qorxuya məruz qaldığı üçün polisə müraciət etdiyini yazır. Onu narahat edən məsələyə operativ reaksiya verildiyinə, eləcə də qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Zaur İbrahimov mülki-hüquqi öhdəliklərdən yayınma faktı ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elmidar İbrahimov üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Şəhla Mahmudova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü yazır. 

Sosial şəbəkə istifadəçisi Hikmət Həzizadə üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Səbinə Kərimova itkin düşən qızının tapılmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Mübariz Vəzirov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.