Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı

16.11.2025

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Əliyev avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Ə.Mürsəlov tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.

16.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub 16.11.2025
  • Polis paytaxt ərazisində oğurluqlar edən dörd şəxsi saxladı 16.11.2025
  • Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı 16.11.2025
  • Bakıda ofisdən kondisioner və evdən inşaat materialları oğurlayan şəxslər saxlanıldı 16.11.2025
  • Nizami rayonunda oğurluq edən 3 şəxs saxlanılıb 16.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 16.11.2025
  • Dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılaraq istintaqa təhvil verilib 16.11.2025
  • Ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9000 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 16.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 16.11.2025