Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq edən şəxsi polis saxladı

04.11.2025

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. 

O, təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=wo4-kFD-rqY

 

04.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 04.11.2025
  • Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı 04.11.2025
  • Suraxanı rayonunda soyğunçuluq edən şəxs saxlanılıb 04.11.2025
  • Abşeron rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb 04.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 04.11.2025
  • Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib 04.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 04.11.2025
  • Kiberpolis Qarabağ–Çelsi oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib 04.11.2025
  • Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq edən şəxsi polis saxladı 04.11.2025