Ümumi çəkisi 23,1 kiloqramdan artıq narkotik vasitə və 156 ədəd çətənə kolu götürülüb
10.08.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 9-da və 10-da ümumi çəkisi 23,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 472 kiloqram çəkidə 511 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.