Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
10.08.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avqustun 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 19 tüfəng, 10 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.