Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanıldı
19.03.2025Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 5,9 kiloqrama yaxıın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.