Nizami rayonu ərazisində bir nəfəri əlavə gəlir qazanmaq adı ilə aldadıb pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən A.Dilicani və T.Əliyev saxlanılıblar
06.02.2025Nizami rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb 21 min manatdan artıq pul vəsaitinin ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.