Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
28.01.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 9 qumbara, 34 tüfəng, 5 patron darağı və 650 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.