Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunda ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb

28.01.2025

Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Eminov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdən ümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaat materialları, təmir alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluq əməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişət əşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

28.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub 28.01.2025
  • Nizami və Binəqədi rayonlarında dələduzluq edən şəxslər saxlanılıb 28.01.2025
  • Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edən şəxs saxlanılıb 28.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 28.01.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 28.01.2025
  • Ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 28.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 28.01.2025
  • Xəzər rayonunda ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb 28.01.2025
  • Sabunçu rayonunda yerləşən evlərdən silsilə oğurluqlar edən 2 şəxs saxlanılıb 28.01.2025