Babək prospektində avtomobil təmiri sexindən oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
12.07.2024Babək prospektində avtomobil təmiri sexindən oğurluq olub. Bu barədə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən sexin sahibi oradan 7000 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Yusifov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.