DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Şüvəlan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb

28.09.2022

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyatlar nəticəsində qəsəbə ərazisində yaşayan İntiqam Şeydayev, Araz Rzayev qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 
Xəzər  rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

28.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 28.09.2022
  • Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində “Renault” markalı avtomobil çaya aşıb 28.09.2022
  • Nizami rayonunun Babək prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini M.Allahverdiyeva vurulub 28.09.2022
  • Qəbələ rayonunun Zarağan kəndi ərazisində “Ford Transit” markalı avtomobillə rayon sakini M.Cəlilov vurulub 28.09.2022
  • Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2107” markalı iki avtomobil toqquşub 28.09.2022
  • Xəzər rayonu ərazisindəki fermaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 28.09.2022
  • Gəncə şəhəri ərazisində bir avtomobildən 81 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinənlərdən biri saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub 28.09.2022
  • Sabirabad rayon sakini M.Qasımovun evinin həyətindən marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb 28.09.2022
  • Şamaxı şəhər sakini E.Mayılovun avtomobilini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 28.09.2022
  • Xətai rayonunda qadının 3200 manatlıq qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb 28.09.2022
  • Xəzər rayonu Şüvəlan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb 28.09.2022