DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Ə.Qədəşovu münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən S.Zülalov tutularaq istintaqa təhvil verilib

27.09.2022

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə  sentyabrın 27-də saat 5 radələrində Hövsan qəsəbəsində qəsəbə sakini Əfqan Qədəşovun öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini S.Zülalovun münaqişə zəminində Ə.Qədəşova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

27.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 27.09.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Ə.Qədəşovu münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən S.Zülalov tutularaq istintaqa təhvil verilib 27.09.2022
  • Bir neçə vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirzəyev saxlanılıb 27.09.2022
  • Yasamal rayonunun H.Cavid prospektində yerləşən bir gözəllik salonundan cüzdan və bir mağazadan pul oğurlamaqda şübhəli bilinən S.Ağayeva saxlanılıb 27.09.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən R.Hümbətov saxlanılıb 27.09.2022
  • Abşeron rayonunun Fatmayı kəndindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən C.Əliyarov saxlanılıb 27.09.2022
  • Gəncə şəhər sakini O.Aydınovun cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb 27.09.2022
  • Mingəçevir şəhər sakini H.Bağırovdan 465 qram marixuana götürülüb 27.09.2022
  • Yevlax şəhər sakini K.Xəlilovdan 415 qram marixuana götürülüb 27.09.2022
  • Göygöl rayonunun Aşıqlı kəndi ərazisində “VAZ-21213” markalı avtomobillə kənd sakini M.Həsənov vurulub 27.09.2022
  • Səbail rayonunda silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb 27.09.2022
  • Bakı şəhərində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı saxlanılıb 27.09.2022