DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhərində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı saxlanılıb

27.09.2022

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

27.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 27.09.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Ə.Qədəşovu münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən S.Zülalov tutularaq istintaqa təhvil verilib 27.09.2022
  • Bir neçə vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirzəyev saxlanılıb 27.09.2022
  • Yasamal rayonunun H.Cavid prospektində yerləşən bir gözəllik salonundan cüzdan və bir mağazadan pul oğurlamaqda şübhəli bilinən S.Ağayeva saxlanılıb 27.09.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən R.Hümbətov saxlanılıb 27.09.2022
  • Abşeron rayonunun Fatmayı kəndindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən C.Əliyarov saxlanılıb 27.09.2022
  • Gəncə şəhər sakini O.Aydınovun cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb 27.09.2022
  • Mingəçevir şəhər sakini H.Bağırovdan 465 qram marixuana götürülüb 27.09.2022
  • Yevlax şəhər sakini K.Xəlilovdan 415 qram marixuana götürülüb 27.09.2022
  • Göygöl rayonunun Aşıqlı kəndi ərazisində “VAZ-21213” markalı avtomobillə kənd sakini M.Həsənov vurulub 27.09.2022
  • Səbail rayonunda silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb 27.09.2022
  • Bakı şəhərində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı saxlanılıb 27.09.2022