DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub

26.09.2022

Sentyabrın  26-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

26.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 26.09.2022
  • Yasamal rayonunun M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 26.09.2022
  • Sumqayıt şəhəri ərazisindəki 7 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Həsənov saxlanılıb 26.09.2022
  • Bərdə şəhər sakini T.Dadaşovun həyətindən 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 26.09.2022
  • Ucar rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teyyubov saxlanılıb 26.09.2022
  • Tovuz şəhər sakini S.Quliyevanın bank hesabından 330 manatının oğurlamaqda şübhəli bilinən rayon sakini B.Mehdiyev saxlanılıb 26.09.2022
  • Yasamal rayonunun A.M.Şərifzadə küçəsində “Nissan” markalı avtomobillə paytaxt sakinləri N.Əliyev və H.Ələkbərov vurulub 26.09.2022
  • “Əhmədli”, “NZS”, “Həzi Aslanov” və “Köhnə Günəşli”  qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb 26.09.2022
  • Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb 26.09.2022
  • Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb 26.09.2022