DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunda sentyabr ayının 1-dən bu günə qədər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb

24.09.2022

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb. 
Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

24.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub 24.09.2022
  • Ağsu rayon sakini Ş.Piriyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən N.İbrahimov saxlanılıb 24.09.2022
  • Kürdəmir şəhəri ərazisində bir avtomobildən yanacaq oğurlamağa cəhd göstərən Balakən rayon sakini İ.Məsiyev saxlanılıb 24.09.2022
  • Yasamal rayonu ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb 24.09.2022
  • Lənkəran şəhər sakinləri O.Quluzadə, C.Qasımov və F.Kazımovdan heroin götürülüb 24.09.2022
  • Beyləqan rayon sakini V.Mirzəzadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb 24.09.2022
  • Quba şəhər sakini N.Əzizovdan 470 qram marixuana götürülüb 24.09.2022
  • Astara şəhər sakini B.Mirzəyevdən qanunsuz saxladığı ov tüfəngi və onun vasitələri götürülüb 24.09.2022
  • Xətai rayonu ərazisində “Mercedes” markalı avtomobillə Saatlı rayon sakini R.Əhmədova vurulub 24.09.2022
  • Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə Yardımlı rayon sakini E.Qasımlı vurulub 24.09.2022
  • Bərdə şəhəri ərazisində “Kia” markalı avtomobillə Ağdam rayon sakinləri A.İsmayılov və onun həyat yoldaşı R.İsmayılova vurulub 24.09.2022
  • Yasamal rayonunda sentyabr ayının 1-dən bu günə qədər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb 24.09.2022