DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib

03.03.2022

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və  elektron tərəzilər aşkar edilib. 
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

 

03.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır 03.03.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 03.03.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb  03.03.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Qurbanov müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Oğurluq tetməkdə şübhəli bilinən Göyçay şəhər sakini E.Fərzəliyev müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.03.2022
  • Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.03.2022
  • Masallı rayon sakinləri Ə.Məmmədovdan 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi və İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür 03.03.2022
  • 3 avtomobildən  akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Z.Məmmədov saxlanılmışdır 03.03.2022
  • 2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır 03.03.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüşdür 03.03.2022
  • Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib 03.03.2022