DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Göygöl Rayon Polis Şöbəsi və Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

29.11.2021

Araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini E.Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub. Həmkəndlisinə məxsus 7 baş keçini tanışı S.Məmmədovla birgə oğurlayan E.Hüseynov bundan başqa digər tanışı Q.Məmmədovla birlikdə kənd sakininə məxsus 3 baş iribuyunuzlu mal-qaranı da oğurlayıb. Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus 3 baş iribuyunuzlu mal-qaranı da oğurlayıblar. İstintaq zamanı E.Hüseynov və Q.Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus 5 baş iribuynuzlu mal-qaranı oğurlaması da məlum olub. Cari ilin avqust ayında 6500 manatlıq iri buyunuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları S.Məmmədovla qabaqcadan əlbir olaraq 5 baş iri buynuzlu heyvanları da gizli yolla talayıblar. Araşdırmalar zamanı saxlanılan şəxslərdən E.Hüseynov və Q.Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45000 manat dəyərində maddi ziyan vurduqları məlum olub. Sentyabr ayında isə həmin şəxslər daha bir anoloji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və ona bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95000 manat dəyərində maddi ziyan vurublar. Sonuncu olaraq saxlanılan şəxlərin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman Q.Məmmədovun evindən 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 2 ədəd daraq və 58 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb. Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

29.11.2021 tarixinə olan kriminal məlumatlar