DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır

06.03.2020

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.