DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN-in “102” Zəng Mərkəzinə quldurluq faktı barədə daxil olan məlumat təsdiqini tapmamışdır

06.03.2020

DİN-in “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olmuşdur.

Qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2150 manat, 2000 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinə əşyalarını apardıqlarını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmamışdır.

O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf etmişdir.