DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Köhnə Zuvand kəndi ərazisində “Niva” markalı avtomobil dərəyə aşmışdır

06.03.2020

Martın 6-da saat 9 radələrində Masallı rayonunun Köhnə Zuvand kəndi ərazisində Bakı şəhər sakini S.Şirəliyev idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırmışdır. Nəticədə sərnişinlərindən Sərinaz, Könül, Nihad Şirəliyevlər hadisə yerində ölmüş, xəsarət almış sürücü və 2 sərnişini isə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilmişlər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.