DİO əməkdaşalrı tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
18.01.2009Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ 10-cu PB əməkdaşları Azər Rzayevdən 0,272 qram heroin, Lənkəran rayon sakini Vüqar Məmmədovdan isə 3,63 qram həşiş, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Fərhad Pənahovdan 0,518 qram heroin götürmüşlər.
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Böyükşor qəsəbə sakini Azər Xanməmmədovdan 1,058 qram heroini satarkən tutulmuşdur. Ondan əlavə 0,535 qram heroin götürülmüşdür.
Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Xəyal Qurbanovdan 0,51 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Qasımov tutulmuş, ondan 3,15 qram heroin götürülmüşdür.
DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də Ramin Hüseynovun narkotik vasitəni Sabunçu qəsəbə sakini İlham Bağırovdan alması müəyyən edilmişdir. İ.Bağırov tutulmuş, ondan 815,7 qram marixuana götürülmüşdür.