Abşeron rayonunun Məhəmmədi kənd sakini Rahilə Haqverdiyevanı qətlə yetirmiş keçmiş əri Aydın Bəylərov tutulmuşdur
11.01.2009 Saat 09.00 radələrində Abşeron rayonunun Məhəmmədi kəndində boğaz nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan 45-50 yaşlı qadın meyiti tapılmışdır. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının kənd sakini Rahilə Haqverdiyeva olması və onun keçmiş əri, həmkəndlisi Aydın Bəylərov tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində A.Bəylərov DİN Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuşdur.